Cari ilin ilk 9 ayında Azərbaycana 4,7 milyard dollar xarici investisiyalar yatırılıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycana ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq (1 milyard 243 milyon dollar) olub. İkinci Türkiyə (912 milyon dollar), üçüncü Kipr (543 milyon dollar), dördüncü İsveçrə (284 milyon dollar) və beşinci İran (272 milyon dollar) olub.
"Bəhs olunan dövrdə Azərbaycandan xaricə 2 milyard 38 milyon dollar investisiya qoyulub. Ən çox investisiya İsrailə (542,6 milyon dollar), ikinci Türkiyə (289 milyon dollar), üçüncü Birləşmiş Ərəb Əmirlikləri (250 milyon dollar), dördüncü Birləşmiş Krallıq (176 milyon dollar) və beşinci İtaliya (118 milyon dollar) təşkil edib. İsrailə yatırılan investisiyaların çox olmasının böyük hissəsi Aralıq dənizində yerləşən Tamar layihəsi ilə bağlıdır", -deyə o, əlavə edib.











