Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib.
Gürcüstan Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutmayacaq
FED.az bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin materiallarına istinadən xəbər verir.
2024-cü ilin müvafiq dövründə Azərbaycanın Gürcüstana investisiyaları 55,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin 9 ayı ərzində Gürcüstan iqtisadiyyatına investisiyalarını 1,9 dəfə artırıb.
Eyni zamanda, üçüncü rübdə Azərbaycandan Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 56,7 milyon ABŞ dolları (2024-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə 2,6 dəfə çox) təşkil edib.
Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 8,3 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran dördüncü investor olub.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar ümumilikdə 1 milyard 296,9 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 83,9 milyon ABŞ dolları təşkil edib. (Report)











