Son illər ölkədə çoxsaylı yeni tikililər inşa edilsə də, diqqət çəkən bir məqam var. Bu binaların əksəriyyətində mərkəzi istilik sistemi yoxdur.
Həyət evlərinin tikintisi azalıb - "Tikintinin azalması qiymət artımına təsir göstərəcək?" - VİDEO
Bəs nə üçün yeni hündürmərtəbəli binalarda mərkəzi istilik sistemi quraşdırılmır?
FED.az xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda bu yeni tikililərdə yaşayanların əsas problemlərindən biridir. Onun sözlərinə görə, 2500-dən çox yeni çoxmənzilli yaşayış binalarının böyük bir qismində mərkəzi istilik olmadığına görə, insanlar evlərində müxtəlif növ qızdırıcalardan istifadə etməli olurlar. Bu da aylıq xərcin artmasına səbəb olur.
Elnur Fərzəliyev deyir ki, şəhərsalma qaydalarında bu məsələyə dair məcburiyyət yoxdur. Ancaq xarici təcrübədə, məsələn Rusiyada bir istilik məntəqəsinə onlarla, hətta yüzlərlə bina qoşula bilir. Türkiyədə də yeni tikililərin əksəriyyəti mərkəzi istilik sistemi ilə təchiz olunur. Bu enerji səmərəliliyi və xərclərin ədalətli bölüşdürülməsi baxımından üstünlük təşkil edir. Ekspert qeyd edir ki, tikinti şirkətləri daha az xərc çəkmək üçün fərdi istilik sistemlərinə üstünlük verirlər.
Mərkəzi istilik sistemləri, digər ölkələrdə olduğu kimi tikinti prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Bu uzunmüddətli perspektivdə iqtisadi və ekoloji davamlılıq baxımından da vacibdir. Mərkəzi istilik sistemləri fərdi istilik sistemləri ilə müqayisədə təbii qaz sərfiyyatını minimum 20-30 faiz azalda bilir.