Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq.
Tikinti şirkətləri üçün böyük fürsət: Qarabağda 19,3 milyonluq - TENDERLƏR
FED.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı satınalmanı yekunlaşdırıb.
Satınalama bir mənbədən alınma metodu ilə keçirilib.
Sözü gedən satınalmada ticarət mərkəzinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. İşlər "Void Architecture" MMC şirkətinə həvalə edilib.
Qalib şirkətə 64 min 664 manat ödəniləcək.











