Ölkələr binaları "ağıllı yolla" tikməli və bununla enerji xərclərini azaltmalıdır.
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
FED.az xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun Enerji Effektivliyi üzrə baş mütəxəssisi Bojan Boqdanovic Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkil olunmuş "Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, binaları "ağıllı yollar"la tikmək, əlçatan mənzili təmin etmək, enerji istehlakını və eləcə də enerji xərclərini azaltmaq lazımdır: "Bununla şəhərlərimizin böhranlara qarşı dözümlü şəkildə inkişafına kömək edəcəyik. Bu gün iqlim dəyişikliyini, resurs istifadəsini artırmadan və hər hansı bir bərabərsizlik yaratmadan, geniş miqyasda əlçatan mənzillərin inşası üçün praktiki həll yollarına diqqət mühüm əhəmiyyət kəsb edir. EBRD-nin devizi"Biz həyatları dəyişdirmək üçün investisiya edirik" şəklindədir. Bu o deməkdir ki, biz yaxşı ideyalardan çıxış edərək geniş miqyasda təkrarlana bilən, investisiya üçün cəlbedici layihələr həyata keçirmək istəyirik". (Report)













