Azərbaycanda bəzi iş yerlərində işə qəbulda sağlamlıq arayıçları tələb olunacaq.
FED.az xəbəre verir ki, bu yenilik bu gün prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş yeni dəyişikliklərdə nəzərdə tutulub.
Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş yeni dəyişikliklərə əsasən:
- işçilərin sağlamlıq haqqında tibbi arayış olmadan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri və qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerləri üzrə, narkoloji tibb müəssisəsinin tibbi müayinə (tibbi yoxlama) barədə rəyi olmadan isə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilməsi qadağan edilir;
- narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməlidirlər;
- narkoloji xəstələrin işləməsinə məhdudiyyət qoyulmuş iş yerləri üzrə narkoloji xəstə iləəmək müqaviləsi bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə icbari tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradə və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək;
- qeyd olunan peşə növləri və vəzifələrdə çalışan işçilər işəgötürənin hesabına Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”na uyğun olaraq vaxtaşırı, habelə işçinin fəaliyyəti zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olması müşahidə edildikdə və ya buna əsaslı şübhələr yarandıqda o, əsaslandırılmaqla dərhal müvafiq icbari tibbi müayinədən (tibbi yoxlamadan) keçiriləcək.
Xatırladaq ki, qanunlara dəyişikliklər dövlət başçısının 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən hazırlanaraq qəbul edilib.








![Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul - [red]QADAĞAN EDİLİR - YENİ QAYDA[/red] | FED.az](upload/news/small/1141663.jpg)
![Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul - [red]QADAĞAN EDİLİR - YENİ QAYDA[/red] | FED.az](upload/news/small/4050363.jpg)
![Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul - [red]QADAĞAN EDİLİR - YENİ QAYDA[/red] | FED.az](upload/news/small/1025639.jpg)
![Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul - [red]QADAĞAN EDİLİR - YENİ QAYDA[/red] | FED.az](upload/news/small/3875139.jpg)








