2026-cı ilin birinci rübü üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin ən az gəlir əldə etdiyi rayonların siyahısı məlum olub.
Hotellər 3 ayda 129 milyon gəlir əldə ediblər - MƏNBƏLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, birinci rübdə mehmanxana mehmanxana sektorunun ümumi gəliri 128 milyon manatdan çox olsa da, bəzi rayonlarda bu göstərici çox aşağıdır.
Ən az gəlir əldə edən rayonların siyahısında birinci yeri Füzuli rayonu tutur. Bu rayonda yerləşən mehmanxana tipli obyektlərin illik ümumi gəliri cəmi 0,1 min manat təşkil edib.
Gəlirlərin azlığına görə siyahıda ikinci yerdə 2 min manatla Yardımlı rayonu, üçüncü yerdə isə 2,5 min manat gəlirlə Ağdərə rayonu qərarlaşıb.
Ardıcıllığa əsasən, ən az qazanc siyahısında dördüncü Zərda rayonu (2,6 min manat), beşinci Daşkəsən rayonu (3,7 min manat), altıncı isə Kəlbəcər rayonu (6,7 min manat) olub.
Bu onluğun davamında ən az gəlir əldə edənlər arasında yeddinci və səkkizinci yerləri müvafiq olaraq Ağdaş və Neftçala rayonları bölüşür. Ağdaşdakı hotellər 10,1 min manat, Neftçaladakı otellər 11,2 min manat gəlir əldə edib.
Gəlirlərin azlığına görə ilk onluğun sonuncu – doqquzuncu və onuncu yerlərində isə Cəlilabad və Ağsu rayonları qərarlaşıb. Birinci rübü Cəlilabad hotelləri 15,7 min manat, Ağsu hotelləri 16,1 min manat gəlirlə başa vurub.














