Bu ilin ilk dörd ayı ərzində Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin adları məlum olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yelo Bank-ın dəstəyi ilə "Şəhərin səsi" mədəni proqramı - BAŞ TUTUB
Məlumata görə, bu il Azərbaycan 10 ölkəyə ümumilikdə təqribən 4 milyard dollarlıq 7 milyon tondan çox neft satıb. Digər ölkələrə isə 318,2 milyon dollarlıq 512,8 min ton neft ixrac edilib. 1 ton neftin orta qiyməti 551 dollar, bir barel neftin orta qiyməti 75 dollar təşkil edib.
Neft ixracının ən çox həyata keçirildiyi ölkələr İtaliya (4,8 milyon ton), Rumıniya (461,3 min ton) və Çexiya (433,1 min ton) olub. Hesabat dövründə ən az neft isə Tailanda (137 min ton) satılıb.
Neftin ən baha satıldığı ölkələt Tailand (bir bareli 103 dollara), Bolqarıstan (bir bareli 89 dollara) və Yunanıstan (bir bareli 88 dollara) olub.
Ən ucuz qiymətə isə Almaniyaya (bir bareli 64 dollara) və Tunisə (bir bareli 70 dollara) təklif olunub.
Digər ölkələr üçün isə bir barel neftin orta qiyməti 85 dollar təşkil edib.
Azərbaycanın neft ixrac etdiyi ölkələr haqqında daha ətraflı:
|
S/N |
Ölkәlәr |
Miqdar (ton) |
Statistik dәyәr |
1 ton üçün |
1 barel üçün |
|
Cәmi |
7 923 087 |
$ 4 365 297 570 |
$ 551 |
$ 75 |
|
|
1 |
İtaliya |
4 766 278 |
$ 2 531 469 100 |
$ 531 |
$ 72 |
|
2 |
Rumıniya |
461 317 |
$ 247 844 980 |
$ 537 |
$ 73 |
|
3 |
Çexiya |
433 064 |
$ 245 721 480 |
$ 567 |
$ 77 |
|
4 |
Yunanıstan |
284 375 |
$ 182 764 510 |
$ 643 |
$ 88 |
|
5 |
Bolqarıstan |
277 991 |
$ 182 322 500 |
$ 656 |
$ 89 |
|
6 |
Portuqaliya |
319 393 |
$ 168 954 130 |
$ 529 |
$ 72 |
|
7 |
Xorvatiya |
276 343 |
$ 162 720 430 |
$ 589 |
$ 80 |
|
8 |
Almaniya |
270 476 |
$ 127 484 410 |
$ 471 |
$ 64 |
|
9 |
Tailand |
137 360 |
$ 103 328 320 |
$ 752 |
$ 103 |
|
10 |
Tunis |
183 709 |
$ 94 503 370 |
$ 514 |
$ 70 |
|
11 |
Digərləri |
512 781 |
$ 318 184 350 |
$ 621 |
$ 85 |













