Ziraat Bank Azərbaycan
Risklərin İdarə Edilməsi Departamenti/Bazar Riskləri üzrə Mütəxəssis /Aparıcı mütəxəssis/Baş mütəxəssis
Son tarix 19 iyn 2026 -[email protected]
“Ziraat Bank Azərbaycan” ASC Risklərin İdarə Edilməsi Departamenti/Bazar Riskləri üzrə Mütəxəssis /Aparıcı mütəxəssis/Baş mütəxəssis
Vəzifəyə olan tələblər:
- Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank sektorunda risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Bazar riski və likvidlik riski sahəsində biliklər;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Stress testlərin həyata keçirilməsi;
- Yüksək səviyyədə excel bilikləri;
- SQL, Python və ya Power BI bilikləri üstünlük hesab olunur;
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Kollektivlə işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Stresə davamlılıq;
- Azərbaycan dili (yüksək qrammatik yazı və redaktəetmə qabiliyyəti), İngilis dili (Türk dili və Rus dili arzu olunandır);
- FRM və ya CFA üzrə hazırlıq keçən və ya sertifikata malik olması;
- Xəzinədarlıq məhsulları və maliyyə bazarları üzrə təcrübənin olması;
- Risk modelləşdirilməsi və avtomatlaşdırma üzrə təcrübənin olması.
Əsas vəzifələr:
- Bazar risklərinin idarə edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Bazar riskləri üzrə gündəlik nəzarətin aparılması;
- Açıq valyuta mövqeyi (AVM), duration, repricing gap, EVE və digər bazar riski göstəricilərinin hesablanması və təhlili;
- Stress-test və ssenari analizlərinin hazırlanması;
- Limitlərə nəzarət və limit pozuntularının monitorinqi;
- Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənməsi, təhlil edilməsi və hesabatlığın hazırlanması;
- Xəzinədarlıq və digər struktur bölmələri ilə koordinasiyalı işin aparılması;
- Mərkəzi Bank və Bank daxili tələblərinə uyğun hesabatların hazırlanması;
- Metodologiyaların hazırlanmasında iştirak;
- Risk hesabatlarının avtomatlaşdırılması və inkişaf etdirilməsi;
- Rəhbərlik və komitələr (APİK və RİK) üçün hesabat, təqdimat və analitik materialların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Bazar Riskləri” qeyd edilməsi vacibdir.Vəzifə iş təcrübəsindən asılı olaraq təklif olunacaqdır
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.















