“Falcon Finance” BOKT-un 2025-cü il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin illik hesabatına istinadən xəbər verir ki, ötən kredit təşkilatının faiz gəlirləri 1 milyon 805 min manat olub. BOKT-un faiz xərcləri isə 153 min manat (82%) artaraq 340 min manata yüksəlib. Maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları da 259 min manat və ya 9,5 dəfə artaraq 290 min manata çatıb.
2025-ci ildə şirkətin xalis faiz gəliri 1 milyon 175 min manat olub ki, bu da, 2024-cü ilə nəzərən 484 min manat və ya 29,2% azalma deməkdir.
Ötən il kredit təşkilatının haqq və komissiya gəlirləri 12 min manat olub ki, bu da əvvəlki ildən 4 dəfə azdır. Şirkətin haqq və komissiya xərcləri 68 min manatı keçib. 2025-ci ildə “Falcon Finance” BOKT-un inzibati və əməliyyat xərcləri 70%-ə yaxın artaraq 1 milyon 180 min manata çatıb. Bundan başqa, 2024-cü ildə 185 min manat vergi ödəyən şirkət ötən il vergi ödənişi həyata keçirməyib.
Nəticədə “Falcon Finance” BOKT 2025-ci ili 61 min 577 manat zərərlə başa vurub. Bu 2024-cü ilə nəzərən 816 min manat geriləmə deməkdir. Çünki, “Falcon Finance” BOKT 2024-cü ili 755 min manat xalis mənfəətlə tamamlamışdı.
Hesabat dövrünün sonuna BOKT-un aktivləri 7 milyon 418 min manat, öhdəlikləri isə 15,4% artaraq 5 milyon 436 min manat olub. Zərərlə işləməsi nəticəsinə “Falcon Finance” BOKT-un nizamnamə kapitalı 61 min 577 manat (3%) azalaraq 1 milyon 982 min manata düşüb.
2025-ci ilin sonuna “Falcon Finance” BOKT-un «çörək ağacı» - 7 milyon manat olub. 2024-cı ildə BOKT biznes əvə şirkətlərə də kreditlər verirdi. 2025-də isə təşkilat yalnız istehlak kreditlərinə köklənib. Korporativ kreditlər 4 dəfə azalaraq 310 mindən 80 min manata, xidmət və sair sahələrə kreditlər isə təqribən 5 dəfə azalaraq 285 min manatdan 60 min manata düşüb.
Kredit portfelinin böyüməsi ilə onun keyfiyyəti də pisləşib – şirkət 2025-in sonuna 700 min manat yaxın ehtiyat yaratmalı olub. Üstəlik, 370 min manat ümidsiz borcu silməli olub.
“Falcon Finance” BOKT-un hesabatında maraqlı hşissə şirkətin öhdəlikləri – borclarıdır. Sadə formada izah etsək, “Falcon Finance” BOKT-un ən böyük kreditoru «Paşa Bank»dır. Hesabata əsasən, “Falcon Finance” BOKT 2025-ci ilin fevralından başlayaraq «Paşa Bank»dan üst-üstə 6 kredit alıb, onların ümumi məbləği 2,7 milyon manatı keçir (kreitlər 60 000 manat, 150 000 manat, 1 265 000 manat, 539 000 manat, 260 000 manat və 480 000 manat məbləğində ayrılıb). «Paşa Bank» bu BOKT-a krediti 13-16%-lərlə ayırıb. BOKT bu kreditləri bu ilin avqustundan başlayaraq 2027-ci ilin iyununadək qaytarmalıdır.
Bundan başqa, “Falcon Finance” BOKT öz səhmdarlarına 800 mindən artıq vəsait borcludur. Yeri gəlmişkən, səhmdarlar barədə - “Falcon Finance” BOKT-un 2 sahibi var - Tağıyev Vüsal Nizami oğlu və Salmanova Brilyant Mirhəbib qızı, birlikdə 1 milyon 250 min manatlıq paya malikdirlər. Son bir ildə payçıların sırasında dəyişiklik olmayıb.
Daha 400 min manat öhdəlik isə istiqrazlardan ibarətdir, onların da müddəti bu ilin ortasında bitir və şirkət həmin məbləği qaytarmalıdır.







![“Falcon Finance” BOKT ötən zərərlə işləməyə başlayıb –[red] KAPİTALI ƏRİYİR – HESABAT[/red] | FED.az](upload/news/small/3041798.jpg)
![“Falcon Finance” BOKT ötən zərərlə işləməyə başlayıb –[red] KAPİTALI ƏRİYİR – HESABAT[/red] | FED.az](upload/news/small/1380357.jpg)
![“Falcon Finance” BOKT ötən zərərlə işləməyə başlayıb –[red] KAPİTALI ƏRİYİR – HESABAT[/red] | FED.az](upload/news/small/333402.jpg)








