Uğur İndustry MMC
Nəqliyyat sahəsi üzrə elektrik
Son tarix 19 iyn 2026 - [email protected]
Uğur İndustry MMC Nəqliyyat sahəsi üzrə elektrik vakansiyası elan edir:
İş yeri: Xırdalan şəhəri
Tələblər:
- Müvafiq sahə üzrə peşə və ya orta ixtisas təhsili olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Ümumi vəziyyəti müəyyən etmək üçün avtomobilə baxış həyata keçirmək;
- Hissələr, materiallar və ya təmir prosedurlarını müəyyən etmək;
- Yanacaq, alışdırma və emissiya idarəetmə sistemlərində olan nasazlıqları müəyyən etmək;
- Düzgün istismarın təmin edilməsi üçün elektron idarəetmə blokunun sınağını həyata keçirmək;
- Yanacaq vurma sistemlərinin təmiri, texniki xidməti və ya nizama salınmasını həyata keçirmək;
- Avtomobilin komponentlərini spesifikasiyalara uyğun nizamlamaq;
- Elektrik sxemləri və komponentlərin düzgün işləməsi üçün lazımi sınağı həyata keçirmək;
- İsitmə, ventilyasiya və ya havanın kondisiyalaşdırma avadanlığını quraşdırmaq;
- Tormoz sistemlərinin nasazlıqlarını müəyyən etmək, nizamlamaq, təmir etmək;
- Mühərrik tullantılarının sınağını həyata keçirmək;
- M/T (əl transmissiyası) və A/T (avtomatik transmissiya) nın elektron hissələrinin təmiri, texniki xidmətini həyata keçirmək;
- Doldurma/işə salma/işıqlanma sistemi komponentlərinin diaqnostikası, təmiri, texniki xidməti və ya dəyişdirilməsini həyata keçirmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Xalis: 1000-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Nəqliyyat sahəsi üzrə elektrik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.















