Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, Nazirliyinin və Azərbaycan Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edəcək.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.













