MİDA fəaliyyətinə başlayandan indiyədək, yəni 7 il ərzində 7 layihənin icrası həyata keçirilib. Bu müddətdə 8463 ailə mənzildə təmin edilib. Bu mənzillərdən 7 mini Bakıda, mindən çoxu isə regionlarda yerləşir.
Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə - TANIŞ OLDU - FOTOLAR
FED.az xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.
"Yaxın iki il ərzində daha 7 min ailənin mənzillə təminatı proqramlaşdırır", - o əlavə edib.
Fərman Qurbanlı MİDA-nın Bakı, Sumqayıt, Yevlax, Gəncə və işğaldan azad edilən Füzuli və Cəbrayıl inşa prosesi apardığını vurğulayıb: "Cəbrayıl 32 binada 712 mənzilin inşası nəzərdə tutulub. Layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq ərazilərin və abadlaşması, uşaq meydançalarının yerləşdirilməsinə diqqət yetirilir. Hazırda güzəştli mənzillərin əldə edilməsi üçün sistem üzərindən 30 mindən çox qeydiyyatdan keçən var". (Apa)