FED.az xəbər verir ki, “Mətanət A” şirkəti Satınalma üzrə Mütəxəssis vakansiyası elan edir
İşin təsviri:
Xarici bazardan(xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
Logistika və nəqliyyat nəzarətinin təşkili;
Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə:
Tələblər:
Təhsil: Ali (bakalavr);
Yaş həddi: 24-40;
Kompüter biliyi: MS Office (Word, Excel);
Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
İş təcrübəsi: 2-3 il
Şəxsi keyfiyyətləri:
Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
Satınalma sənədlərini hazırlama qabiliyyəti;
Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Gömrüklə işləmə təcrübəsi;
Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
Eləcə də bax: "AF Holding" işçi axtarır - VAKANSİYA
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri [email protected] ünvanına göndərin.