Banner

İnşaat və əmlak

Güzəştli ev almaq istəyən dövlət qulluqçularının - NƏZƏRİNƏ

Güzəştli ev almaq istəyən dövlət qulluqçularının - NƏZƏRİNƏ | FED.az
08:09 31 May 2019

Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.

FED.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində “Şəxsi kabinet” yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini “skan” edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır. 

Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Eləcə də bax: MTK sədrlərinə tapşırıq: "Çatışmazlıqları Sentyabrın 19-dək aradan qaldırın"

©1az.az

Digər xəbərlər

Banner