Yeni tədris ili ərəfəsində Gəncənin kirayə mənzil bazarında canlanma müşahidə olunur.
Bakıda qiymətlər rekord vurdu: kvadratı 6400 manat olan – MƏNZİLLƏR SATIŞA ÇIXARILDI
FED.az xəbər verir ki, ölkənin ikinci böyük şəhərində 3 ali və 3 orta ixtisas təhsili müəssisəsinin yerləşməsi burada böyük tələbə kontingentinin formalaşmasını şərtləndirir. Bu isə öz növbəsində kirayə evlərə tələbatı və onların qiymətini artırır.
Sahibləri mənzillərini qız tələbələrə verməyi üstün tuturlar.
Mingəçevirdə də mənzillərin kirayə qiymətləri artıb. 1 univerisitet, 2 kollec yerləşən şəhərdə tələbələr 1 otaqlı ev kirayələmək üçün 240-250 manat ödəməlidirlər. Ötən il isə bu rəqəm 60-70 manat aşağı olub.
Lənkəranda də bənzər vəziyyət hökm sürür.
Tələbələr daha çox bina evlərinə üstünlük verirlər.
Qeyd edək ki, ötən il Lənkəranda 200 manata kirayə verilən evlər hazırda 250 manata, 250 manata olan evlər 300-350 manata təklif edilir. (Xezerxeber.az)