9 il ərzində Rusiya televizor bazarında lider mövqeyini saxlayan "Samsung" bunu Çinin "Haier" brendinə uduzub.
Bu il Azərbaycana smartfon idxalı - 5 DƏFƏ ARTIB
FED.az "Fplus IT" holdinqinin məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayı ərzində "Haier"in payı həcm ifadəsində 11,5%-ə, pul ifadəsində isə 15,3%-ə yüksəlib, 2022-ci ildə Haier hətta ilk 3-lükdə belə olmayıb. Eyni zamanda, Samsung-un satış həcmlərindəki payı 25,3%-dən 5,1%-ə qədər azalıb.
İlk üçlüyə müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Çinin "Xiaomi" və "Hisense" şirkətləri də daxil olub.
2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada televizor satışları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35-40% artıb. (Marja)