«Apple» şirkətinin 2018-ci ildə rekord vuracağı düşünülən iPhone X smartfonu özünü doğrultmayıb. FED.az xəbər verir ki, yaxşı satılmadığına görə, bu modelin istehsalı dayandırılacaq.
Bu barədə «Apple»nin analitiki Ming-Chi Kuo açıqlama verib.
Ötən ilin sonu güclü reklam kampaniyaları ilə satışa buraxılan iPhone X bazara iddialı çıxmışdı. Amma «Apple» nümayəndəsi etiraf edib ki, vəziyyət göründüyü kimi deyil. O deyib ki, «iPhone X»ə tələbat olmadığı üçün və sifarişlərdə böyük azalma olduğuna görə, bu ilin yayında həmin modelin satışı dayandırılacaq.
Ümumilikdə, «Apple» 40 milyon ədəd «iphoneX» satmaq niyyətində idi. Amma şirkət elan edib ki, 20 milyon telefon istehsalı kifayət edəcək.
Qeyd edək ki, Apple bundan əvvəl də 5C modelinin istehsalını dayandırmış, buna səbəb olaraq da məhsulun alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirmişdi.
«iPhone X»ın istehsalı dayanır – BU MODEL ALINMADI
13:30
3 Fev 2018