Noyabrın 8-də keçirilən hərracların sonunda «Apple» şirkətinin bazar kapitalizasiyası ilk dəfə olaraq 900 milyard dollar həddini keçərək 904,87 milyard dollarda qərarlaşıb. FED.az xəbər verir ki, hərracların sonunda şirkətin səhmlərinin qiyməti 176,24 dolara yüksəlib.
Qeyd edək ki, «Apple»nin bazar qiyməti artıq bir dəfə 900 milyard dolları keçib. Bu noyabrın 2-də baş verib, amma hərracların sonunda qiymət yenidən aşağı enmişdi. İndi isə bu qiymət günün sonunadək 900 milyard dollardan aşağı enməyib.
«Apple»nin bazar qiyməti 800 milyard dolarlıq həddi bu ilin mayında keçmişdi. Bu dəfəki artıma görə isə şirkət yeni məhsulu olan «iPhone X»in uğuruna minnətdar olmalıdır. Noyabrın əvvəlində satışı başlanan smartfona tələbat böyükdür və satışları yaxşıdır. «Apple»nin maliyyə göstəriciləri də analitikləri sevindirib. Sentyabrın 30-da baş çatan maliyyə ilinin 4 rübünün nəticələrinə görə, şirkətin gəlirləri 12% artırıq 52,58 mlrd dol¬la¬rı keçib. Analitiklər isə bunu 50,7 milard dollar gözləyirdilər. Bu dövrdə şirkətin mənfəəti 10,71 milyard dollar olub ki, bu da səhm başına 2,07 dollar gəlir deməkdir. Ekspertlər bu rəqəmin 1,87 dollar olacağını gözləyirdilər. Hələ martda ekspertlər güman edirdilər ki, 2017-ci il ərzində şirkətin kapitalizasiyası 1 trilyon dollara çatacaq.