FED.az xəbər verir ki, "Kontakt Home" SMM üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliyi:
• SMM mütəxəssislər komandısına cari məlumat təqdimatı;
• SMM mütəxəssislərinin işinin koordinasiyası;
• SMM mütəxəssislərinin işinin keyfiyyətinin yoxlanılması;
• SMM strategiyasının yazılmaşında aktiv iştirak etmək;
• Rəqiblərin kontent strategiyalarının təhlili;
• Kontent planının hazırlanması;
• Aylıq hesabatların hazırlanması.
Tələblər:
• Bu sahəsində 1 il və ya daha çox iş təcrübəsinə sahib olmalı;
• Rus dili biliyi arzuolunandır;
• Məsuliyyətli, daxili intizamlı və stresə davamlı olmalı;
• Sosial şəbəkələrin işləmə prinsipini tam anlamalı;
• Müştəri məmnuniyyətinə yönümlü olmalı.
Qısa desəm, marketinq komandasına əlavə sütun olacaq bir nəfər axtarışındayıq.
Yeni əməkdaş üçün bunları təklif edirik :
• Fərqli ideyaları təklif etmək və həyata keçirmək imkanı;
• Böyük bir marketinq komandası ilə işləmək və marketinqin detallarına bələd olmaq;
• Namizədin bilik və təcrübəsindən asılı olacaq əmək haqqı;
• İş qrafiki: 5 gün , 09:00-18:00.
Mövzu yerində "SMM üzrə Koordinator" qeyd edərək CV-nizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.