TikTokun ana şirkəti olan ByteDance ABŞ hökumətinin basqısı altında bu biznesi sata bilər.
Eləcə də bax: “TikTok” 50 milyard dollar dəyərində qiymətləndirilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bloomberg-ə görə, Microsoft TikTok almaq məqsədi ilə ByteDance ilə danışıqlar aparır. Microsoft jurnalistlərin sorğusuna şərh verməkdən imtina edib, lakin qısa video formatının potensialına inandığını bildirib.
Qeyd edək ki, TikTok yaxın günlərdə investorlar tərəfindən təxminən 50 mlrd. dollar qiymətləndirilmişdir.