Azərbaycan 2023-cü ilin birinci rübündə xaricdən 261 918 ədəd smartfon idxal edib, bu da illik $74.06 milyonluq idxaldır.
“Samsung” Azərbaycan bazarında liderliyini saxlayır – Ölkənin mobil telefon bazarında payını artırdı
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
İdxal edilmiş smartfonların miqdarı illik müqayisədə 15%-dən çox azaldığı halda, idxalın dəyəri 28% artıb. Bu da Ölkəyə gətirilən hər bir telefonun orta statistik dəyərinin öncəki ildən baha olması deməkdir.
Ölkəyə 2022-ci ildə hər bir smartfonun orta statistik dəyəri $187 olduğu halda, 2023-cü ilin müvafiq dövründə $283 olub.
Smartfonların 168 735 ədədi ($46.35 mln.) Çindən, 67 207 ədədi ($19.12 mln.) Vyetnamdan və 25 608 ədədi ($8.39 mln.) Hindistandan idxal edilib.