Bu ilin mart ayında Azərbaycanın mobil telefonları bazarında “Samsung”un payı ötən ilin eyni ayı ilə müqayisədə 1.1 faiz bəndi artırıb.
“Samsung” Azərbaycanın telefon bazarında - “APPLE”İ QABAQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Global Stats” statistika mərkəzinin hesabatına görə, bu ilin mart ayında “Samsung”un ölkə üzrə bazar payı 42.91% təşkil edib. Populyarlığına görə “Samsung” ölkənin mobil telefon bazarında lider olaraq qalır.
Bu ilin mart ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı ötən ilin eyni ayı ilə müqayisədə 2.78 faiz bəndi azalıb. “Xiaomi”nin ölkə üzrə bazar payı 31.31% təşkil edib.
Üçüncü yerdə bazar payı 17.92% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Apple ölkənin mobil telefon bazarında payını illik müqayisədə 0.88% artırıb.
Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 3.39%, “Realme” – 0.77%, Honor 0.84% və s.