İKT

5G smartfonlar neçəyədir? - SİYAHI - QİYMƏTLƏR

5G smartfonlar neçəyədir?  - SİYAHI - QİYMƏTLƏR | FED.az
09:20 14 Noy 2019

Xəbər verildiyi kimi, Azərbaycanda «Azercell» şirkəti tərəfindən 5G şəbəkəsi istifadəyə verilib.

FED.az-ın məlumatına görə, 5G şəbəkəsi ilk növbədə Bakının mərkəzində, Fəvvarələr Meydanında işə düşəcək. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alınıb. Eləcə də dekabr ayından, «Azercell» 5G şəbəkəsində istifadə olunacaq smartfonların satışına başlayacaq. Bəs yeni şəbəkəni hansı smartfonlar dəstəkləyir və onları hansı qiymətə əldə etmək olar?

Eləcə də bax: Gələn ilin sonunadək "Azercell"in 5G şəbəkəsi Bakının bütün ərazisini - ƏHATƏ EDƏCƏK

Hazırda bir sıra şirkətlər 5G şəbəkəsi üçün yenp smartfonlar təqdim etməyə başlayıblar. Onlar aşağıdakılardır:

Xiaomi Mi Mix 3 5G

Bu modelin adi, yəni 5G-ni dəstəkləməyə variantları alıcılara artıq məlumdur. Snapdragon 855 prosessor, 3800 mAç gücündə batereya, və sair. Avropada bu telefonlar 599 avroya satılır.

Huawei Mate X

«Huawei»in qatlanan smartfonu Barselonada keçirilən «MWC 2019» sərgisində bomba kimi partlamışdı. Smartfonun 5G-dəki sürəti 4,6 Gbit/saniyəyə çatacaq. Amma qiymət olduqca bahadır – elan edilmiş məbləğ 2200 dollar.

Samsung Galaxy S10 5G

Bu elə bizə tanış olan «S10+»dur. Dörd əsas kamera, böyük 6,7 düymlük displey, 4500 mAç akkumulyator və sair. Artıq bu modellərin satışı başlayıb və qiymətləri «S10+»dan çox da fərqlənməyəcək.

LG V50 5G

«LG» şirkətinin 5G-ni dəstəkləyən smartfonu ilk baxışdan digərlərindən çox da fərqlənmir. Amma əlavə ekranlı Dual Screen çexolu var. Smartfon Snapdragon 855 prosessoru ilə işləyir, yaddaşı 6/128 GB, batareyası 4000 mAç-dir. Qiyməti hələ elan edilməyib.

ZTE Axon 10 Pro

3 əsas kmera, 6,47-döymlük AMOLED-ekran, Snapdragon 855 prosessor və Snapdragon X50 modem. Yaddaşı 6/128 GB nəzərdə tutulub.

Qiymətlər

Ümumiyyətlə, göründyü kimi, 5G smartfonların qiymətləri 700-1000 dollar ətrafında olacaq. Sonra isə bazarda təklif artdıqca, qiymətlər də azalacaq. Artıq 2020-ci ildə daha əlçatan qiymətə 5G telefonlar tapmaq mükün olacaq.

5G-də internetin sürəti nə qədər olacaq

Nəzəri olaraq ən yaxşı 5G telefonları 1-2 Gbit/saniyə internet sürəti verməlidir. Amma yaxın  vaxtlarda belə sürəti gözləmək lazım deyil. Məsələ bundadır ki, mobil operatorların da bunun üçün kifayət qədər güclü şəbəkəsi olmalıdır. Lazımi mobil şəbəkə olmasa, hətta ən güclü smartfon da 5G imkanlarını tam göstərə bilməyəcək.

 

Digər xəbərlər