"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.
Eləcə də bax: Azərbaycan Premyer liqasında iştirak üçün - AZI 2 MİLYON MANAT PUL OLMALIDIR - YENİLİK
FED.az "ne45.com.br" saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən "köhlən atlar"a qoşulacaq.
Ağdam klubunun "sambaçı" üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarında çıxış edib. (Report)