Azərbğaycanın futbol klublarının ölkə çempionatının yüksək liqasında – Premyer liqada iştirakı üçün tələb olunan büdcəsi açıqlanıb.
Eləcə də bax: Azərbaycan millisində əksər futbolçuların transfer qiymətləri artıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Futbolun İnkişafı Fondundan (FİF) məlumat verilib.
Qeyd edək ki, 2016-cı ildə təsis olunan FİF-in indiyə qədərki fəaliyyəti klublara maliyyə yardımı edilməsində əsas vasitəçi roluni oynamaqdan ibarət idi. İndi isə Fond fəaliyyətini genişləndirərək region klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda etmək, o cümlədən əhalinin region klublarına yatırım etməsi üçün də çalışır.
Bunun üçün Futbolun inkişafı fondunun 5 region nümayəndəliyi yaradılacaq. Bunlar Gəncə, Lənkəran, Mingəçevir, Tovuz və Zaqatala regionlarıdır, gələcəkdə say arta bilər.
Yeni qaydalara görə, futbol klublarına beynəlxalq və qurumlarla yanaşı, yerli əhali də pul yatıra bilər.
«Yerli əhaliyə və diaspora nümayəndələrinə öz region klublarına dəstək olmaq üçün imkan yaradılacaq. Çünki məhz yerli ictimaiyyətin region klublarına dəstəyi, öz klubuna dayaq olması üçün klub üçün dayanıqlı maliyyə mənbəyini təmin edə bilər»-deyə fondun açıqlamasınrda bildirilir.
Fonddan bildirilib ki, hesablamalara əsasən, Azərbaycan Premyer liqasında iştirak etmək üçün hər il bir futbol klubunun ilkin mərhələdə 2 000 000 manat büdcəyə ehtiyacı var. Maliyyə toplandıqdan, büdcə bölgüsü təsdiqləndikdən sonra vəsait kluba köçürüləcək. 1 il ərzində bu vəsait toplanmadığı təqdirdə toplanmış maliyyə vəsaiti toxunulmaz qalacaq. Növbəti ilə saxlanılacaq. Digər region üçün istifadə edilməyəcək.