"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
FED.az saytının məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.
Bildirilir ki, 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Bu üzdən təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.
apasport