"Forbes" jurnalı dünyanın ən zəngin idmançılarının reytinqini dərc edib.
Reytinq siyahısına Portuqaliya yığma komandasının və "Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir. Onun var-dövləti 88 milyon ABŞ dolları miqdarında dəyərləndirilir.
İkinci pillədə daha bir futbolçu, İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi (81,4 milyon dollar) qərarlaşıb. İlk üçlüyü basketbolçu Lebron Ceyms (77,2 milyon dollar) tutur.
İlk onluqda yer alan digər idmançılar bunlardır: Roje Federer (tennisçi, 67,8 milyon dollar), Kevin Dürant (basketbolçu, 56,2 milyon dollar), Movak Cokoviç (tennisçi, 55,8 milyon dollar), Kem Nyuton (Amerika futbolu, 53,1 milyon dollar), Fil Mikelson (qolfçu, 52,9 milyon dollar), Corcan Spit (qolfçu, 52,8 milyon dollar), Kobi Brayant (basketbolçu, 50 milyon dollar).
Report©