Türkiyənin ən məşhur klublarından olan "Beşiktaş"ın borcunun 2 milyard 962 milyon lirə olduğu açıqlanıb. Bu 491 milyon ABŞ dolları deməkdir.
FED.az xəbər verir ki, Klubun Müşahidə şurasının sədri Feyyaz Tuncel bu barədə 2020-ci ildə idarə heyətinin ilk iclasında bildirib.
Eləcə də bax: «Qalatasaray», «Fənərbağça», «Beşiktaş» - BORC-GƏLİRLƏRİ AÇIQLANDI
Klubun borclarının 604,3 milyon dolları dərnək və dərnəklərə bağlı şirkətlərə, 2 milyard 357,7 milyon lirə isə Beşiktaş Futbol İnvestisiya Sənaye və Ticarət AŞ-yə aiddir.
Təkcə 2019-un dekabrında klubun borcu 200 milyon dollar artıb.