2018-ci ildə Avropada ən çox zərər görən futbol liqasi Türkiyənin Süper Ligi olub.
FED.az xəbər verir ki, bu barədə UEFA-nın 2018-ci il üzrə hesabatında deyilir.
Eləcə də bax: 2020-ci ilin ən bahalı - FUTBOLÇULARI KİMLƏRDİR? - SİYAHI
Hesabata görə 2018-də Süper Lig 263 milyon avro zərər edib və bunun 125 milyon avrosu məzənnə fərqi ilə bağlıdır. İngiltərə Premier Ligası isə 382 milyon avro ilə Avropanın ən çox gəlir götürən çempionatı olub.
Türkiyə Liqasının böyük zərəri onun klublarının gəlirlərinin azalması və borclarının artımına da səbəb olub. Birdən birə 3 türk klubu Avropanın ən çox borcu olan 20 klubunun sırasına daxil olub.
«Fənərbağça» 334 milyon avro borcla siyahıda 6-cı, «Beşiktaş» 183 milyon avroyla 15-ci, «Galatasaray» isə 175 milyon avro ilə 17-ci borclu olub.
Əvəzində Avropada ən çox stadion tikən ölkələr sırasında Türkiyə və Polşa liderlik edir. 2018-də Türkiyədə 20-dən çox stadion inşa edilib.
Bundan başqa, türk klubları gəlirlərinin artımına görə, 52%lik artımla lider olub. Burada lider Başakşehir-dir 2,5 dəfəlik artım. Türkiyədən sonra yığımlara görə İtaliya klubları gəlir – 24%.
Galatasaray isə bilet satışından ən çox gəlir əldə edən türk klubudur. Sarı-qırmızılar hər matçda hər biletdən ortalama 37 avro qazanaraq Avropada bu sahədə ilk 30-luğa düşüb.
Fənərbağça isə hər oyuna tamaşaçı sayını 7 mindən çox artırıb.
Türk klublarından ən çox gəlir əldə edəni Beşiktaş olub - 164 milyon avro və ya Avropada 29-cu yer. Təkcə 2018-ci ildə Beşiktaş, Çempionlar Liqasından 47 milyon avro qazanıb.