"Hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaqdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır".
Eləcə də bax: Azərbaycanlılar xaricə səyahətlərini – LƏĞV ETMƏYƏ BAŞLAYIBLAR
FED.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
O qeyd edib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və "Formula-1" Azərbaycan Qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.
"Məlumat üçün bildiririk ki, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb”, - deyə S. Məmmədova vurğulayıb.