Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.
Rusiyada yaşayış icazəsi qaydası dəyişir – MİQRANTLARIN DEPORTASİYASI BAŞLAYIR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.
Bildirilib ki, bundan əvvəl qanunsuz miqrantların ölkədən çıxarılması barədə qərarı yalnız məhkəmələr verə bilirdi.
Bununla yanaşı, bu gündən başlayaraq sərhəd nəzarətindən keçərkən Rusiyaya giriş və ya çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmə tədbirləri tətbiq ediləcək.
Belə ki, bu qaydanın pozulmasına görə adi vətəndaşlar 2000 – 5000 rubl, vəzifəli şəxslər 30 000 – 50 000 rubl, hüquqi şəxslər isə 400 000 – 800 000 rubl arasında cərimə ediləcəklər.