Fevralın 5-dən etibarən Rusiyada miqrantlar üçün yeni qanunvericilik qüvvəyə minəcək.
Rusiyadan Azərbaycana pul köçürmələri - İKİQAT AZALDI - YENİ MƏBLƏĞLƏR
Almaniya və Polşada «oturum icazəsi» alanların sayı rekord vurdu – İNDİ DƏ HİNDİSTANLILAR AXIŞIR
FED.az xəbər verir ki, bir neçə yüz min azərbaycanlının da yaşayıb işlədiyi Rusiyada baş verən bu dəyişiklikləri Azərbaycanda da diqqətlə izləyirlər. Beləliklə, əsas dəyişikliklər
Fevralın 5-dən etibarən polis orqanları indiyədək pozuntuya yol vermiş miqrantları ölkədən deportasiya edə biləcəklər. İndiyəədk buna məhkəmə qərarı lazım idi, indi isə məhkəmə qərarı tələb olunmayacaq. Bundan başqa, miqrantlara qanunsuz xidmətlərin göstərilməsinə görə cərimələr də tətbiq ediləcək – 50-500 min rubl və ya 500-5000 dollar.
Azərbaycanda yaşayış icazəsi üçün – TƏLƏBLƏR AÇIQLANDI – YENİ MƏĞBLƏĞLƏR
Paralel olaraq Rusiyada qanunsuz miqrantlara qarşı sərt qadağalar qüvvəyə minəcək. Belə ki, artıq bu aydan etibarən qanunsuz miqrantlara Rusiya ərazisində avtomobil idarə etmək, daşınmaz əmlak və maşın almaq, bank hesabı açmaq, pul köçürmək, sahibkarlıqla məşğul olmaq və nigaha girmək qadağan edilir.
70 min Azərbaycan vətəndaşı Türkiyədə - YAŞAYIŞ İCAZƏSİ ALIB
Bundan başqa, başqa ölkənin vətəndaşı iş icazəsi, yəni patent aldığı regiondan başqa regionda işləyə bilməz. Digər tərəfdən, belə şəxslər yalnız iczədə göstərilən işlərdə çalışa bilərlər, bir peşəni göstərib, digərində işləmək mümkün olmayacaq.
Bundan başqa, yeni qanunlarla Rusiyadakı şirkətlərə qadağan edilir ki, bir regionda iş icazəsi olan miqrantı başqa regionda və başqa peşə üzrə işə götürsün. Bu qaydanın pozulmasına görə, miqrantı ölkədən deportasiya, işə götürən şirkəti və ya sahiğbkarı isə milyon rubl (təqribən 10 min dollar) cərimə gözləyir.
Bundan başqa, fevraldan etibarən Rusiyada yerli vətəndaşla evlənmək üsulu ilə yaşayış icazəsi almaq qaydası da dəyişir. Belə icazə almaq üçün azı 3 il birgə nigahda, qanuna ailə kimi yaşamaq tələb olunacaq, yalnız bundan sonra yaşayış icazəsi veriləcək. Əgər cütlük boşansa və nigah etibarsız sayılsa, yaşayış icaəsi də sıfırlanacaq.
Rusiya rəsmiləri bildirirki, bu dəyişikliklər indiyədək qanunvericilikdə olan və qanunsuz miqrantların Rusiya pasportu almaq üçün sui istifadə etdiyi boşluqları bağlamaq məqsədi daşıyır.
Rusiya gələn həftədən qanunsuz miqrantları ölkədən çıxaracaq
Amma məsələ təkcə, təkcə yaşayış icazələri ilə bitmir. Hökumətin tətbiq etdiyi yeni qaydalar Rusiyada yaşayan miqrantların, uşaqlarının təhsili və rus dili bilməsinə də dəyişiklik gətirir.
Belə ki, yeni qaydalara görə, miqrantların uşaqlarının məktəbə qəbulu qaydaları dəyişib. Uşaqları məktəbə qəbul etmək üçün onun valideynlərinin Rusiyada qanuni yaşamaq icazəsi tələb olunacaq. Bundan başqa, uşaqda təhlükəli infeksiya xəstəliklərinin olmaması barədə arayış tələb olunacaq.