Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.
Bu barədə FED.az-a DİN-dən bildirilib.
Eləcə də bax: Bakıda karantini pozan - GÖZƏLLİK SALONU TAPILDI
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.