Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə qarşı çıxardığı hökmü alqışlayıb.
Nazir: "ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlara qayıdıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.
“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycan Baş Konsulluğunun qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”, - paylaşımda deyilir.
Qeyd olunub ki, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və zərərçəkmişin bütün xərclərini ödəməlidir.
"Ümid edirik ki, bundan lazımi dərs çıxarılacaq", - A.Hacızadə əlavə edib.