Hadisə

Yevlaxda bank avtomobili qəzaya düşdü - ÖLƏN VAR

Yevlaxda bank avtomobili qəzaya düşdü - ÖLƏN VAR | FED.az
09:53 16 Aprel 2020

Yevlaxda 2 avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti dəqiqləşdirilib.

FED.az xəbər verir ki, ölən şəxs "Mercedes"in sürücüsü Yevlax rayonunun Aran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlizadə Fəxri Fəxrəddin oğludur.

Eləcə də bax: "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb - 2 NƏFƏR ÖLÜB

Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb. "Hyundai-Sonata" markalı avtomobillə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb. Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka  məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report

Digər xəbərlər

Banner