Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin martın 29-da qəbul etdiyi qərarı ilə Azərbaycana gətirilən avtomobillərə yaş limiti qoyulub.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
Qərara əsasən artıq ölkəyə ancaq o avtomobillər gətirilə bilər ki, istehsal tarixindən 10 ildən artıq vaxt keçməsin.
Nazirlər Kabinetinin qərarına əsasən bu qərar 30 gündən sonra, yəni aprelin 29-dan qüvvəyə minəcək.
Həmin tarixə qədər isə ölkəyə 2006-cı ildən sonra buraxılan avtomobilləri gətirmək və rəsmiləşdirmək olar.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aprelin 29-dək xaricdə alınan və ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı problem yoxdur.
Qeyd edək ki, sözügedən qərardan sonra Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi martın 29-dək alınan avtomobillərin ölkəyə gətiriləcəyi halda rəsmiləşdiriləcəyini bildirmişdilər.
Bu açıqlamalardan elə başa düşülürdü ki, martıq 29-dan sonra alınan müddəti 10 ildən artıq avtomobillər ölkəyə buraxılmayacaq.
Amma sonradan Dövlət Gömrük Komitəsindən FED.az-a bildirilib ki, açıqlama martın 29-dək alınan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlıdır. Qərar isə göstərildiyi kimi, aprelin 29-dən qüvvəyminəcək və həmin tarixədək xaricdən alınıb ölkəyə gətirilən avtomobillər (söhbət buraxılış ili 10 ildən artıq olan avtomobillərdən gedir – FED.az) rəsmiləşdiriləcək.
Sadəcə bir fərq var ki, aprelin 29-dək alınan belə avtomobillər yalnız aprelin 29-dək ölkəyə gətirilməlidir.
Martın 29-dək alınan avtomobillər isə aprelin 29-dan sonra da gətirilə bilər, bunun üçün alqı-satqı sənədlərində tarixin doğrudan da martın 29-dək olduğu təsdiqlənməlidir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az