2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 9 milyon 632 min ABŞ dolları dəyərində 4 min 644 ton qurudulmuş üzüm idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 567,4 min dollar və ya 6,3%, miqdar baxımından isə 96 ton və ya 2,1% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 9 milyon 65 min dollar dəyərində 4 min 644 ton üzüm qurusu gətirlib.
1 ton üzüm qurusunun qiyməti bu il 2 074 dollar, ötən il isə 1 993 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 81 dollar (4,1%) bahalaşıb.
Bu da o deməkdir ki, üzüm qurusunun 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-dekabr aylarında 3,52 manat, əvvəlki ildə isə 3,38 manat olub.