2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 567 min 790 ABŞ dolları dəyərində 102 ton 506 kq təbii bal idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29 min 90 dollar və ya 5,4%, miqdar baxımından isə 3 ton 660 kq və ya 3,7% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında 538 min 700 dollar dəyərində 98 ton 900 kq təbii bal gətirlib.
Bu da o deməkdir ki, təbii balın 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-dekabr aylarında 5,54 dollar (9,41 manat), əvvəlki ilin eyni dövründə isə 5,45 dollar (9,26) manat olub.