2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 37 milyon 217 min ABŞ dolları dəyərində 17 min 211 ton şirin quru peçenye idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 milyon 212 min dollar və ya 20%, həcm baxımından isə 1 982 ton və ya 12,6% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 31 milyon 4 min dollar dəyərində 15 min 729 ton qurudulmuş peçenyeidxal edilib.
1 ton peçenyenin idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 2 101 dollar, 2022-ci ilin eyni dövründə 1 971 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 130 dollar (6,6%) artım baş verib.
Ümumilikdə isə 1 kq peçenyenin idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 3,57 manata və 2022-ci ilin eyni dövründə 3,35 manata başa gəlib.