2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 386 min ABŞ dolları dəyərində 1 433 ton ərik qurusu idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 680,4 min dollar və ya 18,4%, həcm baxımından isə 189 ton və ya 15,2% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 3 milyon 705 min dollar dəyərində 1 244 ton qurudulmuş ərik idxal edilib.
1 ton ərik qurusunun idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 3 060 dollar, 2022-ci ilin eyni dövründə 2 979 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 82 dollar (2,7%) artım baş verib.
Ümumilikdə isə 1 kq ərik qurusunu idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 3,06 manata və 2022-ci ilin eyni dövründə 2,98 manata başa gəlib.