2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 104 milyon 738 min dollar dəyərində diri heyvan idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,1% və ya 37 milyon 195 min dollar artıb
. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 67 milyon 543 min dollar dəyərində diri heyvan idxal edilib.
Xatırladaq ki, hesabat dövründə ölkəyə gətirilmiş diri heyvanların dəyəri ümumi idxalın 0.66% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 0,52% idi
Bu dövrdə Azərbaycandan ixrac edilən diri heyvanların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 122,3 min dollar və ya 17.2% azalaraq 588,2 min dollar təşkil edib.