2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 6 milyon 859 min ABŞ dolları dəyərində 3 min 422 ton qurudulmuş üzüm idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 762,2 min dollar və ya 12,5%, miqdar baxımından isə 377 ton və ya 12,4% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 31 milyon 684,7 min dollar dəyərində 44 min 285 ton üzüm qurusu gətirlib.
1 ton üzüm qurusunun qiyməti bu il 2 005 dollar, ötən il isə 2 003 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 2 dollar (0,11%) bahalaşıb.
Bu da o deməkdir ki, üzüm qurusunun 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında 3,40 manat, əvvəlki il də 3,40 manat olub.