2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 30 milyon 366 min ABŞ dolları dəyərində 42 min 25 ton banan idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 318,7 min dollar və ya 4,2%, miqdar baxımından isə 2 260 ton və ya 5,1% azdır.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında xaricdən Azərbaycana 31 milyon 684,7 min dollar dəyərində 44 min 285 ton banan gətirilmişdi.
Nəticədə xaricdən idxal olunan 1 ton bananın qiyməti 2023-cü ildə 723 dollar, 2022-ci ildə isə 715 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 7 dollar (1%) bahalaşıb.
Başqa sözlə bananın 1 kiloqramının idxal qiyməti 2022-ci ildə 1,21 manat olduğu halda, 2023-cü ildə 1,23 manata yüksəlib.