“SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 3-cü dəfə azaldılıb.
Eləcə də bax: SOCAR-ın müəssisəsi kapitalından 7 milyon manatı - Geri Götürüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 2 198 970 manat məbləğdən 1 049 586 manat məbləğə azaldığını elan edir. Belə ki, “SOCAR Construction” MMC nizamnamə kapitalını 1 149 384 manat azaldıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
2020-ci ilin sonlarında “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 20 600 900 manat məbləğdən 8 972 311 manat məbləğə azaldığını elan etmişdir.
Ötən ay isə nizamnamə kapitalının 8 972 311 manat məbləğdən 2 198 970 manat məbləğə azaldığını elan edib.
Onu da qeyd edək ki, “SOCAR Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.