Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Yerli istehsalçılara dəstək və istehsal imkanlarının müəyyənləşdirilməsi proqramı”na start verib.
Bu barədə FED.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, proqramın məqsədi Azərbaycanda müvafiq istiqamətlər üzrə idxalın əvəzlənməsinə, iqtisadiyyatının şaxələndirilməsinə və ixrac potensialının inkişafına dəstək göstərməkdir.
Proqram çərçivəsində istehsal fəaliyyəti ilə məşğul olan 30 yerli şirkətlə görüşlər təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, gələcəkdə də digər yerli istehsalçı şirkətlərlə mərhələli şəkildə görüşlərin təşkil olunması nəzərdə tutulur.