Ötən ilin 31.12.2023-cü il tarixə SOCAR üzrə işçilərin faktiki sayı 48320 nəfər təşkil edir.
SOCAR azad edilmiş ərazilərdə qaz təchizatı ilə bağlı görülmüş işləri açıqlayıb
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.
Bunlardan 5842 nəfəri rəhbər işçi, 8315 nəfər mütəxəssis, 759 nəfər texniki icraçı və 33404 nəfər fəhlədir.
O cümlədən, 7631 nəfəri qadın, 17390 nəfəri ali təhsillidir.
Bu dövr ərzində SOCAR üzrə neft sənayesinin inkişafı nda xüsusi xidmətlərinə görə və Neft çilər günü ilə bağlı olaraq 106 nəfər Azərbaycan Dövlət Neft Şirkətinin “Fəxri Neftçi” döş nişanı və 224 nəfər “Fəxri Fərmanı” ilə təltif olunub.
“Əmək veteranı” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli qərarlarına uyğun olaraq aparılır. Bu dövr ərzində “Əmək veteranı” adının verilməsi, vəsiqənin dəyişdirilməsi məqsədi ilə SOCAR üzrə 28 əmr hazırlanaraq 300-dən çox sabiq hal-hazırda təqaüddə olan işçiyə “Əmək veteranı” adı verilib, dəyişdirilib və müraciət edən şəxslərə təqdim edilib. 2023-cü il ərzində 2026 nəfər müsabiqə yolu ilə işə qəbul olunub.