Qlobal bazarlarda xam neftin qiyməti 2023-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə yaxındır.
Azərbaycanda xam neft istehsalı 4%-dən çox aşağı düşüb
FED.az xəbər verir ki, Brent nefti həftənin əvvəlindən təxminən 8 faiz ucuzlaşdıqdan sonra bareli 73 dollardan da aşağı düşüb. ABŞ xam neftinin qiyməti isə 69 dollar səviyyələrinə geriləyib.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent nefti 0,34% də ucuzlaşma ilə 72,95 dollardan ticarət olunub.
Amerika Neft İnstitutu, məlumatlarla tanış olan insanlara görə, xam neft ehtiyatlarının 7,4 milyon barrel azaldığını bildirdi. Cümə axşamı rəsmi rəqəmlərlə təsdiqlənsə, bu, iyun ayından bəri ən böyük azalma olacaq.
Xam neft, iqtisadi proqnozlar, Çində neftə təlabatın azalması, OPEC+ ölkələrində hasilatın artacağı ilə bağlı davam edən narahatlıqlara görə ucuzlaşır. OPEC+-ın oktyabr ayından planlaşdırılan hasilat artımını təxirə salmağı düşündüyünə dair işarələr də neftin uculaşmasını dayandıra bilməyib.
İnvestorlar Liviyadakı prosesləri də izləyirlər. Liviya Mərkəzi Bankının əsas rəsmisi deyib ki, rəqib hakimiyyətlər arasında mübahisənin həlli razılaşma yaxın görünür. Əgər razılaşma olarsa, ölkədə neft hasilatı bərpa oluna bilər.
Goldman Sachs-ın analitikləri qiymətlərin daha da aşağı düşməsi riski olduğunu, Citigroup-ın analitikləri isə xam neftin bir barrelinin 70-72 dollar civarına ucuzlaşa biləcəyini qeyd ediblər. (Marja)