2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 16 milyon 950,1 min ton həcmində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 773,1 min ton və ya 4,4% azalıb.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici müvafiq olaraq 17 milyon 723,2 min ton təşkil edib.
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 210,8 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5,6 min ton və ya2,6 % azdır.
01.08.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 216,4 min ton təşkil edib.
Əlavə məlumat üçün bildirək ki,
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton neft ixrac olunub.
Neft ixracından əldə edilmiş ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 218 milyon 864 dollar və ya 2,3%, miqdar ifadəsilə 844,2 min ton və ya 5,4% aşağı düşüb.
Xatorladaq ki, 2023-cü ilin ilk 7ayında Azərbaycandan 9 milyard 445 milyon dollar dəyərində 15 milyon 540 min ton neft ixrac olunmuşdu.
Hesabat dövründə 1 ton neftin orta ixrac qiyməti 1 078 manat (628 dollar) olub, bu illik müqayisədə 34 manat və ya 20 dollar (3%) bahalaşma deməkdir. Xatırladaq ki, ötən ilin eyni dövründə neftin orta ixrac qiyməti 1 033 manat (608 dollar) olmuşdu.
Bu ilin ilk 7ayının nəticələrinə görə, xam neft ixracının ümumi ixracdakı payı 57,31% təşkil edib. Ötən ilin müvafiq dövründə isə neftin ümumi ixracda payı 45,46% olmuşdu.