GL və ona bağlı şirkətlər potensial qazma proqramı üçün müvafiq spesifikasiyaya uyğun quruda qazma qurğuları təmin edə biləcək ixtsaslı təchizatçılardan texniki məlumatların toplanmasına maraqlıdır.
Bu Məlumat Sorğusu qazma qurğularının texniki imkanlarını və əlçatanlığını qiymətləndirmək, potensial təchizatçılar barədə GL-in məlumatlılığı təmin etmək üçündür.
Müraciət üçün zəhmət olmasa müvafiq e-poçt adresindən istifadə edin:
Müraciətiniz qeydiyyata alındıqdan sonra sizə göndərilən konfidensiallıq barədə müqaviləni imzalayıb geri yollamağınız xahiş olunur. Daha sonra siz sorğu ilə bağlı və müraciət qaydaları bərədə ətraflı məlumat əldə edəcəksiniz.
Bu sorğuda iştirak etmək sizə GL və ona bağlı şirkətlərin tenderlərində iştirak etməyə və təsdiq edilmiş vendor siyahıya daxil edilməyə zəmanət vermir.
Müraciət üçün son tarix 1 mart 2024-cü il, cümə günü saat 17:00-dır.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.